Dünya

Trampın köməkçisi: “Ukrayna prezident seçkisi keçirməyə razılıq verib”

Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff ABŞ-li jurnalist Taker Karlsona müsahibəsində söyləyib ki, Ukrayna rəhbərliyi ölkədə prezident seçkisinin keçirilməsinə razılıq verib.

 

Tacxeber.com bu barədə TASS agentliyinə istinadən məlumat verir.

 

Belə ki, o, Taker Karlsonun Stiven Uitkoffa ünvanlandığı: “Sizcə, Ukraynada seçki olacaqmı?” – sualına cavabında deyib:

 

“Bəli, seçki baş tutacaq. Onlar (Ukrayna rəhbərliyini nəzərdə tutaraq) artıq bununla razılaşıblar. Ukraynada seçki keçiriləcək”, – deyə D.Trampın köməkçisi vurğulayıb.

 

Müsahibədə T.Karlson Kremlin mövqeyini də səsləndirib:

 

“Rusiyanın mövqeyi ondan ibarətdir ki, Ukraynanın hazırkı rəhbəri yeni prezident kimi seçilməyib və buna görə də bu ölkə ilə müqavilə bağlamaq mümkün deyil”.

Tacxeber.com

Oxşar xəbərlər

İlon Maskdan “WhatsApp”la bağlı CİDDİ XƏBƏRDARLIQ

redaktor

Ərdoğandan İsveçlə bağlı mühüm gediş: İmzaladı!

admin

“Tesla”nın satışları kəskin azalır – Tələb zəifliyi davam edir

admin