Kriminal

Fazil Mustafaya sui-qəsdə görə həbs olunmuş şəxsin oğlu da tutuldu

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanov həbs olunub.

 

Tacxeber.com xəbər verir ki, Əbülfəz Səricanov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

 

Ə.Səricanova Cinayət Məcəlləsinin 28.277-ci maddəsi ilə ittiham verilib.

 

O, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə konkret dövlət və ictimai xadimlərin həyatına sui-qəsd hazırlığında təqsirləndirilir.

 

Səbail Rayon Məhkəməsinin qərarı ilə onun haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

 

Ə.Səricanov haqqında həbs qərarı verildiyini və CM-in 28.277-ci maddəsi ilə təqsirləndirildiyini vəkili Bəxtiyar Hacıyev də təsdiqləyib.

 

Bu maddədə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Tacxeber.com

Oxşar xəbərlər

Xəstələrə yardım adı ilə kartlardan pul oğurlayan şəxş saxlanılıb

redaktor

Bakıda həbsdə olan Fransa casusunun şok etirafları – VİDEO

redaktor

“Papanin” və “Xütor”da ƏMƏLİYYAT: 15 nəfər tutuldu

admin