11 C
Bakı
30 Mart 2026 05:37
Hadisə

“Neft Daşları”nda kran dənizə düşdü – maşinist həyatını itirdi

“Neft Daşları”nda kran tarazlığını itirərək dənizə düşüb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə SOCAR-ın “Azneft” İstehsalat Birliyindən bildirilib.

 

Məlumata görə, bu gün saat 16:25 radələrində “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və qazçıxarma idarəsinin 4 saylı Neft və qazçıxarma sahəsində “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti quraşdırma bölümü tərəfindən aparılan təmir işləri zamanı “Libher Gravleer” markalı tırtıllı kran tarazlığını itirərək dənizə düşüb.

 

Hadisə nəticəsində kranın maşinisti Tağıyev Zahid Ramazan oğlu həyatını itirib.

 

Mərhumun nəşi saat 18:10 radələrində tibbi təyinatlı helikopterlə sahilə çıxarılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Dağıstanda yanacaq məntəqəsində partlayış baş verib: həlak olanlar var

admin

Azərbaycanda dəhşətli hadisə: 240 heyvanı sel apardı – İnsanlar belə xilas edildi – VİDEO/YENİLƏNİB

redaktor

Nicat Şakirli xəstəxanada xəsarət aldı – VİDEO

redaktor