
İstanbul böyük şəhər bələdiyyə başqanı Əkrəm İmamoğlunun universitet diplomu ləğv edilib.
Guya onun vaxtilə Kıbrısdakı Girne Amerikan Universitetindən İstanbul Universitetinə keçidi qanunsuz olubmuş.
Martın 23-də – bazar günü CHP-nin prezidentliyə namizədinin müəyyən edilməsi üçün ilkin seçki keçiriləcək. Qərarın bu ərəfədə verilməsi əlbəttə ki, təsadüfi deyil. Konstitusiyaya əsasən yalnız ali təhsilli şəxs prezidentliyə namizəd ola bilər. Diplomun ləğvi CHP-dəki ilkin seçkini mənasızlaşdırmağa və İmamoğlunun prezidentliyə namizəd statusu (siyasi baxımdan) qazanmasını əngəlləməyə yönəlib.
Cümhuriyyət dövrünün siyasi tarixi, o cümlədən hazırkı prezident Ərdoğanın siyasi karyerası onu göstərir ki, hüquqi müstəvidəki qərarlar, hətta hərbi xunta rejimləri gec-tez xalq iradəsinin qarşısında aciz qalır.