12 C
Bakı
28 Mart 2026 12:43
Dünya

Ermənistan növbəti müharibəyə hazırlaşmaq üçün PUA almağa çalışır

Avropa İttifaqı Ermənistanı silahlandırmaq üçün Fransanın rəhbərlik etdiyi layihə hazırlayıb.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” telekanalının saytında dərc olunan “Ermənistan PUA axtarışında! Avropa İttifaqından (Aİ) Ermənistana silah yardımı” sərlövhəli məqalədə qeyd olunub.

 

Bildirilib ki, Paris, Dehli və Afina Ermənistanı silahlandıran əsas oyunçulardır:

 

“Hazırda İrəvana 10 milyon avro dəyərində hərbi yardım göstərilsə də, bu yardım genişləndiriləcək. Mənbələrə görə, İrəvan növbəti müharibəyə hazırlaşmaq üçün PUA almağa çalışır”.

 

Məqalədə deyilib ki, Aİ-nin Ermənistana hərbi yardımları onun sülh təşəbbüsü ilə bağlı çağırışlarına ziddir:

 

“Aİ rəsmiləri deyirlər ki, Cənubi Qafqazda sülhə ehtiyac var. Amma təşkilat tərəflərdən birini silahla təchiz edərək bu təşəbbüsə mane olur. Aİ-nin dəstəyini hiss edən Ermənistan Azərbaycanla sülh danışıqlarına son qoya bilər. Fransa rəsmiləri iddia edirlər ki, Ermənistan yenidən silahlanaraq sülh danışıqlarında güclü mövqeyə sahib ola bilər”.

 

Analitiklərin fikrincə isə Ermənistan növbəti müharibəyə hazırlaşır.(Report)

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan hökuməti Kadırovun təltifinə necə baxır?

redaktor

Zelenski Rusiya hücumları barədə: Dünyada heç bir terrorçu belə bir şey etməyib

redaktor

Rusiya ABŞ-ı dialoqa çağırır

redaktor