Dünya

Türkiyəsiz Avropanın var olması mümkün deyil – Akar

Türkiyəsiz Avropanın var olmayacağını hamı görməli və anlamalıdır.

 

Tacxeber.com  xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri və keçmiş milli müdafiə naziri Hulusi Akar deyib.

 

“Bu bizim ilk mesajımızdır. Hazırda NATO-nun ən böyük ordularından birinə malik, ikinci ən böyük ordusu olan Türkiyə Silahlı Qüvvələri yetmiş ildən artıqdır ki, NATO-da təhlükəsizliklə bağlı onlara düşən hər şeyi qüsursuz, tam və düzgün yerinə yetirib”, – Akar qeyd edib.

 

Türkiyəsiz heç bir həllin mümkün olmadığını qeyd edən Akar əlavə edib ki, xüsusilə Suriyada, İraqda həll istəyiriksə, bu bölgədə Türkiyənin mütləq şəkildə eşidilməsi lazımdır: “Türkiyənin iştirakı mütləq təmin edilməlidir”.

Tacxeber.com

Oxşar xəbərlər

Donald Tramp “Fars körfəzi”ni “Ərəb körfəzi” adlandırmaq istəyib

redaktor

“DGK LƏĞV OLUNMALIDIR” – “Şahin müəllim məntiqi ayaq altına qoyub tapdalayır…”

redaktor

Ukraynalı hərbçi toyuna tankla gəldi

redaktor