Cəmiyyət

Arif Alışanovun qardaşı oğlunun işində qadağa – Jurnalistlər qapı arxasında qaldı – FOTO

Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham olunan 33 yaşlı birjaçı Nizami Alışanın cinayət işi üzrə məhkəmə gedir.

 

Tacxeber.com “qafqazinfo.az”a istinadən xəbər verir ki, ölkə gündəmində geniş maraq doğuran məhkəmə istintaqı ardıcıl ikinci iclasdır ki, media nümayəndələrinin üzünə qapadılıb.

 

Jurnalistlərə bildirilib ki, bu barədə göstəriş prosesə sədrlik edən hakim Aytən Əliyeva tərəfindən verilib.

 

Maraqlıdır ki, hazırlıq iclasında məhkəmə istintaqının açıq keçirilməsi qərara alınıb. Sonradan jurnalistlərə “yox” deyilməsinin səbəbi isə açıqlanmır.


Eyni hakim icraatında olan başqa bir neçə işdə də məhkəmə salonunun qapılarını jurnalistlərin üzünə bağlayıb.

 

Altını cızaraq xatırladaq ki, müvafiq qanunvericiliyin tələblərinə görə, məhkəmə proseslərinin açıq keçirilməsi təmin edilməlidir. Bu hal proseslərin şəffaf və ictimai nəzarət altında həyata keçirilməsinə zəmanət verir. Jurnalistlərin isə ictimaiyyətin düzgün məlumatlandırılması və şəffaflıq məqsədilə açıq məhkəmə proseslərinə iştirakına maneə yaradılmalı deyil.

 

Yalnız dövlət və ailə sirləri təşkil edən proseslərdə jurnalistlərin iştirakı məhdudlaşdırıla bilər.

 

Qeyd edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elariz Məmmədoğlunun kürəkənidir. Hazırkı mərhələdə zərərçəkmiş şəxslər ifadə verməlidir. Amma bəhs etdiyimiz səbəbdən zərərçəkmişlərin məhkəmədə nələr danışdıqlarını öyrənə bilmirik.

Tacxeber.com

Oxşar xəbərlər

Saat 19-00 da başlayacaq “Neftçi” – “Qarabağ” matçı üçün heyətlər

admin

“Əsədə və onun ailəsinə sığınacaq verilməsi qərarını Putin verib” – Dmitri Peskov

admin

“Bir gündə 3 taksi şirkəti eyni qiyməti təyin edirsə, deməli, bunu hökumət istəyib”

redaktor