2 C
Bakı
11 Fevral 2026 00:57
Siyasət

“Amerikanın Səsi” bağlandı: 1300-dən çox jurnalist işdən çıxarıldı

ABŞ hökuməti tərəfindən maliyyələşdirilən “Amerikanın Səsi” (VOA) 83 illik fəaliyyətindən sonra tamamilə bağlanıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə qurumun direktoru Maykl Abramoviç məlumat verib. “Bu səhər öyrəndim ki, “Amerikanın Səsi”nin 1300-dən çox jurnalisti, prodüseri və texniki heyəti inzibati məzuniyyətə göndərilib. Mən də onların içindəyəm. Bu tarixi media platformasının susması məni dərindən kədərləndirir”, – deyə Abramoviçin bəyanatında bildirilir.

 

Məsələ ABŞ Prezidenti Donald Trampın daha əvvəl verdiyi qərarla bağlıdır. O, ABŞ Qlobal Media Agentliyinin (USAGM) işçi heyətinin ixtisara salınmasını tapşırmışdı. Həmin agentlik 49 dildə yayımlanan beş böyük media korporasiyasına, o cümlədən “Azad Avropa/Azadlıq Radiosu” və “Amerikanın Səsi”nə nəzarət edirdi. Bundan əlavə, “Azad Avropa/Azadlıq Radiosu”nun maliyyələşdirilməsini təmin edən qrantın da dayandırıldığı məlum olub, baxmayaraq ki, ABŞ Konqresi bu vəsaiti təsdiqləmişdi.

 

Bu qərar ABŞ mediasında böyük rezonans doğurub və media azadlığı ilə bağlı ciddi narahatlıqlar yaradıb.

Tacxeber.com

Oxşar xəbərlər

Doğrudan da bu Tramp çox kəmfürsət, keyfiyyətsiz biri imiş.

admin

Yaqub Eyyubovun oğlunun bankdakı bir milyard dolları donduruldu

redaktor

Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməməsinin səbəbi barədə: Mən gözləyirəm ki,…

redaktor