16 C
Bakı
23 Mart 2026 18:58
Cəmiyyət

Göyçayda narkotacir saxlanıldı – Foto

Göyçayda narkotacir saxlanıldı – Foto

Göyçayda narkotacir saxlanıldı - Foto

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Nazim Tağıyev saxlanılaraq məsuliyyətə cəlb edilib.

Tacxeber.azxəbər verir ki, şəhər sakini N.Tağıyevin yaşadığı evdə narkotik vasitə gizlətməsi barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal nəzarətə götürülüb və keçirilən tədbir nəticəsində o, tutularaq istintaqa təhvil verilib.

N.Tağıyevin evinə baxış keçirilən zaman satış məqsədilə şüşə qablara yığaraq saxladığı 1 kiloqram 800 qrama yaxın marixuana və narkotik tərkibli bitkinin toxumları, eləcə də həyətyanı sahədən ümumi çəkisi 8 kiloqram olan çətənə bitkiləri aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

“Baku Steel Company” şəhid övladını işdən çıxardı: “Dedilər nə olsun ki…”

redaktor

Xırdalanda məktəbli direktor tərəfindən döyülüb?

admin

Cavanşir Quliyevin əziyyət çəkdiyi nadir xəstəlik: Azərbaycanda iki nəfərdə var

redaktor