10 C
Bakı
30 Mart 2026 09:27
CəmiyyətHadisə

Şəhid ailələri və qazilərə qarşı dələduzluq əməli törətməkdə şübhəli bilinən İcra hakimiyyətinin sabiq şöbə müdiri həbs edilib.

İcra hakimiyyətinin sabiq şöbə müdiri həbs edildi

Şəki Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Tural Məmmədov həbs edilib.

 

Tacxeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, məmur şəhid ailələri və qazilərə qarşı dələduzluq əməli törətməkdə şübhəli bilinərək polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.

 

Şikayətçilər bildirib ki, T.Məmmədov bir neçə nəfərə ev, maşın, torpaq sahəsinin veriləcəyini vəd edib və bunun müqabilində müxtəlif məbləğlərdə pul vəsaiti alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə başlanmış işin istintaqı davam etdirilir. Şəhid ailələri və qazilərə dəymiş zərərin ödənilməsi istiqamətində tədbirlər həyata keçirilir.

 

Qeyd edək ki, Tural Məmmədov özü də Vətən müharibəsi qazisidir. O, 2021-ci ildən icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Kondisionerlərdə BTU nə deməkdir?

redaktor

Vüqar Səfərlinin müsadirə olunmuş əmlaklarının bir qismi geri qaytarıldı

admin

Hepatit A-nın yaranması, əlamətləri – Ümumi tualetdən yoluxur

redaktor