Dünya

Ukrayna ordusunun Moskvaya hücumu – ölən və yaralananlar var

Ukrayna PUA-larının Moskva vilayətinə kütləvi hücumu nəticəsində bir nəfər ölüb, üç nəfər isə yaralanıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov məlumat verib.

 

Onun sözlərinə görə, gecə səhərə yaxın saat 4-də Moskvaya və Moskva vilayətinə böyük bir PUA hücumu olub. “Hücum zamanı bir nəfərin öldüyü və üç nəfərin yaralandığı barədə məlumat var”, – Vorobyov Teleqram kanalında yazıb.

 

O eyni zamanda əlavə edib ki, PUA yaşayış binasının üzərinə düşüb və 19-22-ci mərtəbələr arasında ən azı 7 mənzilə ziyan vurub. Üçü uşaq olmaqla 12 nəfər təxliyə edilib. Zərərçəkənlərə yerində yardım göstərilib. Təxliyə edilənlərin bir hissəsi yaxınlıqdakı məktəbə yerləşdirilib, qalanları isə qohumlarının evində qalır.

 

Vorobyov onu da əlavə edib ki, ümumilikdə 60-dan çox PUA vurulub.

Moskva meri Sobyanin isə bildirib ki, Moskva səmasında 69 PUA vurulub.

Tacxeber.com

Oxşar xəbərlər

AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub – Sensasion iddia

redaktor

Orban Ukraynadakı müharibəyə son qoya biləcək bir liderin adını açıqladı

redaktor

Türkiyədə də sosial mediaya nəzarət güclənir – bəziləri bağlana bilər

admin