24 C
Bakı
22 İyun 2025 11:20
CəmiyyətHadisə

“Baku Steel Company” şəhid övladını işdən çıxartdı

2023-cü ildə “Baku Steel Company”də işləyən Tural İbrahimovu şirkət 3 ay sonra, aprel ayında əsassız yerə işdən azad edib.

 

Tacxeber.com Tribunainfo.az-a istinadla xəbər verir ki, bunu şəhid övladı Tural İbrahimovun özü bildirib.

 

Onun sözlərinə görə, şirkət işdən çıxarılması ilə bağlı heç bir açıqlama verməyib:

 

“Mənə, “nə olsun ki, atan şəhiddir”, – dedilər. Sonra da ərizə yazdıraraq, “öz xoşumla” işdən azad etdilər”.

 

Qeyd edək ki, 1988-ci il təvəllüdlü Tural İbrahimov Laçın şəhərində anadan olub. Atası, baş leytenant Zakir İbrahimov 1992-ci ildə Laçın uğrunda gedən döyüşlərdə şəhid olub.

 

2023-cü ildən bəri işsiz qalan Tural İbrahimov 6 aylıq körpənin atasıdır. Sosial Müdafiə Fondu da onu işsizdir deyə, sosial müavinətdən məhrum edib. O bildirib ki, intihar həddində olsa da, körpəsinə görə səbir edir.

 

Bildirək ki, Tural İbrahimov 650 balla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olub. Və biznesin idarə edilməsi (MBA) üzrə magistr təhsili alıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Qazi maşınla adam vurub öldürdü

redaktor

“Təhlükə yaxındadır, o cür taksi sürücüləri yenə var…” – Siqnal

redaktor

Azərbaycanda avtobus sürücüsü sükan arxasında “TikTok”da canlı yayım açdı: İzləyicilər etiraz etdilər – VİDEO

redaktor