Cəmiyyət

Şaxta vurmuş tərəvəzləri almayın! – Ekspert xəbərdarlıq edir

“Qarlı havalarda donmuş kənd təsərrüfatı məhsullarının satışa çıxarılması düzgün deyil”.

Tacxeber.com xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov deyib.

 

Ekspert küçə ticarətində belə halların mümkünlüyünü vurğulayıb:

 

“Amma düşünmürəm ki, kimsə həmin məhsulları alıb evinə aparsın. Son günlər havalar elə də soyuq keçməyib. Qar tərəvəzlərə təsir edə bilər, amma meyvəyə bir o qədər təsir edə bilməz. Meyvə və tərəvəzlər qarın altında, yaxud da soyuducu kamerada qaldı, bunu elə də fərqi yoxdur. Əsas odur ki, məhsul donmasın, xarab olmasın. Hesab edirəm ki, vitirinlərdə qarın altında qalmış və ancaq donmamış məhsullar əhaliyə satıla bilər”.

 

Vahid Məhərrəmov deyir ki, bəzən qar məhsulu şaxtadan qoruyur:

 

“Biz bunu təcrübədə görmüşük. Ona görə alış-veriş edərkən diqqət edin, şaxta vuran, donan tərəvəzləri almaq olmaz”.

Tacxeber.com

Oxşar xəbərlər

Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? – ŞOK

admin

İllərdir Təranənin evində işləyən qadın bütün sirləri açdı – Hər gecə 12-də…

admin

Məktəbdə ayaqyolu olmamasına aydınlıq gətirildi – VİDEO

redaktor