28 C
Bakı
11 Avqust 2025 19:05
Dünya

Tualetdə 2 dəqiqədən çox qalanların maaşından kəsiləcək – Qəribə qadağa

Çində yerləşən “Three Brothers Machine Manufacturing” adlı istehsalat şirkəti işçilərə tualet qadağası qoyub.

 

Tacxeber.comxəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

 

Qeyd olunur ki, yeni qaydalara görə, işçilər iş saatları ərzində tualetdən 2 dəqiqə ərzində istifadə etməlidirlər.

 

Əgər hansısa işçi tualetdə təyin edilən vaxtdan çox qalarsa, şirkət tərəfindən cəzalandırılacaq.

İşçilərin sadəcə idrar etmək üçün tualetə getməsinə icazə verilir. Lakin hər hansı sağlamlıq probleminə görə tualetdə daha çox qalmaq istəyənlər əvvəlcədən insan resursları şöbəsindən icazə almalıdırlar.

 

Şirkət tualet yaxınlarına kameralar yerləşdirərək işçilərə nəzarət etməyə başlayıb.

 

Əgər işçilərin qaydalara əməl etmədiyi aşkarlanarsa 100 yuan (təx.24 AZN) cərimə tətbiq ediləcək.

 

Şirkət “Huang Di Nei Jing”ə (Sarı İmperatorun Daxili Kanonu) istinad edərək, bu siyasətin iş yerində nizam-intizamı, səmərəliliyi və işçilərin mənəviyyatını artırmaq məqsədi daşıdığını iddia edir.

Tacxeber.com

Oxşar xəbərlər

“Charlie Hebdo”nun əxlaqsızcasına bu faciəyə yanaşması bir daha göstərir ki, Fransa heç vaxt mədəni bir ölkə olması ilə öyünə bilməz…” – RƏY

redaktor

Zelenski: Sülh əldə etmək üçün Trampın rəhbərliyi altında işləməyə hazırıq

redaktor

Putin: Onların Rusiyadan getməsi daha yaxşıdır

redaktor