23.2 C
Bakı
15 İyun 2026 13:05
DünyaSiyasət

“Dünyanın heç bir universitetində prezident yetişdirən fakültə yoxdur”

Yenə “Zelenski aktyordur, ondan siyasətçi olmaz” fikirlərinə rast gəlirik.

 

Zelenski Krivoy Roq İqtisadiyyat İnstitutunu bitirib, ixtisası hüquqşünaslıqdır. Sonradan artist, aktyor, şoumen, teleaparıcı, rejissor, prodüser, ssenarist kimi fəaliyyət göstərməsi yalnız onun istedad və qabiliyyətlərinə dəlalət edə bilər.

 

Zelenski Krivoy Roq (Dneprepetrovsk) KVN komandasının kapitanı olub. Sovet dövründə ümumittifaq miqyasında və sonradan ilkin postsovet dövründə eyni coğrafi miqyasda çıxışlar edən KVN komandalarının kapitanları xüsusi istedadı və intellekti ilə fərqlənən gənclər idi. Məsələn, bizim ən məşhur KVN komandasının kapitanı, mərhum Anar Məmmədxanovu misal göstərə bilərik.

 

Dünyanın heç bir universitetində prezident yetişdirən fakültə yoxdur. Ümumiyyətlə, bir insanın yaxşı siyasətçi və lider olub-olmayacağını onun təhsil səviyyəsi, peşəsi, məşğuliyyəti, zövqləri və ya hobbiləri müəyyənləşdirmir.

 

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Dehli gözləmirdi: Pakistan darmadağın etdi – Türkiyə amili yoxsa ?

admin

Onlar Çempionlar Liqasının 1/8 finalçısı ola bildilər

admin

“İtaliya millisinin futbolçuları daim ‘TikTok’da vaxt keçirirdilər” – C. Buffon

admin