12 C
Bakı
28 Mart 2026 18:50
Siyasət

“Eləmişəm, get işinlə məşğul ol!” – Pənah Hüseynə QƏRİBƏ CAVAB

“Bu, maraqlı hadisə idi. Kiprə getmişdim. Hava limanında jurnalistlər məndən müsahibə götürdü. Əlaqələr və münasibətlər barədə soruşulanda dedim ki, Azərbaycan mütləq Şimali Kiprin müstəqilliyini tanıyacaq. Bu gün olmasa belə, sabah. Mən də o vaxt hələ nazir deyildim, baş nazirin müavini idim. Sən demə, bu müsahibəyə yunanlar da baxırmış”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri sabiq təhsil naziri, professor Firudin Cəlilov “YouTube” platformasında yayımlanan “VIII GÜN” adlı verilişinə müsahibəsi zamanı deyib.

 

O, məlum hadisəyə sabiq baş nazir Pənah Hüseyn və mərhum prezident Əbülfəz Elçibəyin reaksiyasından da danışıb:

 

“Mən Bakıya qayıdanda Pənah Hüseyn zəng edib dedi ki, aləmi qatmısan bir-birinə. Dedim, daha eləmişəm, get işinlə məşğul ol. Pənah Hüseyn Elçibəyə məndən şikayət etmişdi ki, bəs yunan dövləti bizə etiraz notası göndərib. Elçibəyə hadisəni eşidəndən danışandan sonra deyib ki, Firudin düz eləyib”.

Tacxeber.com

Oxşar xəbərlər

Ölüm insanı toxunulmaz etmir.

redaktor

Pekin Ermənistan və Rusiya kimi İsraillə müharibədə İranda rejim dəyişikliyi istəmir.

admin

Şahramanyanın Azərbaycandan Xankəndi xahişi – BƏZİ DETALLAR

redaktor