32 C
Bakı
12 Avqust 2025 14:58
Cəmiyyət

Hücumlar zamanı dövlət əhəmiyyətli məlumatlar sızdırılıb? – Açıqlama

 

Xəbər verdiyimiz kimi, son günlərdə Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücumlar edilir. Açıqlamalarda qeyd olunur ki, bu DDoS hücumudur.

 

Tacxeber.comxəbər verir ki, texnobloger Fərid Pərdəşünas DDoS hücumunun mahiyyətinə aydınlıq gətirib:

 

“Bu hücumun əsas məqsədi hədəfə alınan sayta çox sayda IP (botnet şəbəkədən) yönəltməklə, saytı yükləmək və əlçatanlığını dayandırmaqdır.

 

Yəni bu hücumlar nəticəsində serverlərə giriş, məlumatların oğurlanması və çıxarılması baş vermir. Son 2 gündə olan hücumlar da məhz dediyim DDoS növündəndir. Bəzi media qurumları xəbəri doğru tirajlamırlar və elə anlaşılır ki, dövlət əhəmiyyətli məlumatlar sızdırılıb”, – deyə o əlavə edib.

 

Qeyd edək ki, son günlərdə AzTV, ASAN Xidmət, Müdafiə Nazirliyi, Maliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi  və 25-dən çox dövlət qurumunun rəsmi saytları kütləvi DDOS hücumlarına məruz qalıb.

 

Onu da əlavə edək ki, eyni zamanda bir neçə gün əvvəl bir sıra yerli KİV isə peşəkar şəkildə təşkil olunmuş, planlaşdırılmış kiberhücumə məruz qalıb. Açıqlamalarda bu hücumun adi DDoS hücumu olmadığı vurğulanıb.

Tacxeber.com

Oxşar xəbərlər

“Şərurlu İsfəndiyar” həbsdə olan bank rəhbərindən 5 milyon manatını tələb edir

redaktor

Rutte ilk dəfə Trampla GÖRÜŞDÜ – Nələr müzakirə edildi?

admin

Təkrar istifadə edilən kosmetik testerlər təhlükə saçır: “Dişləyib aparanlar da olur” – VİDEO

redaktor