24 C
Bakı
22 İyun 2025 14:05
DünyaGündəm

Rusiyada daşınmaz əmlak bazarının azərbaycanlı “kralları” – SİYAHI

Rusiyada 2024-cü ilin daşınmaz əmlak “krallarının” reytinqi elan olunub və azərbaycanlı iş adamları siyahıya başçılıq edirlər.

 

Tacxeber.comxəbər verir ki, reytinqi “Forbes”in rus versiyası elan edib.

 

Siyahı 2024-cü ilin nəticələrinə əsasən dərc edilib.

 

Buraya daşınmaz əmlakın kirayəsindən ən çox gəlir əldə edən iş adamları daxil edilib və Azərbaycan əsilli sahibkarlar ilk sıralardadırlar.

 

Reytinq cədvəlində ilk onluğa aşağıdakı iş adamları liderlik edir.

 

1. Əslən azərbaycanlı olan iş adamları Qod Nisanov və Zaxar İliyevə məxsus “Kiyevskaya ploşad”. İllik icarə gəliri: 2 milyard dollar;
2. Samvel Karapetyan, “Taşir” – 685 milyon dollar;
3. Mixail və Sait-Salam Qutseriyevs, “Safmar” – 490 milyon dollar;
4. Tara ailəsi, “Enka” – 335 milyon dollar;
5. Aleksandr Klyaçin, “Gleden İnvest” – 315 milyon dollar;
6. Pavel Vaşenko və Valeri Mixaylov, “Riverstretch Trading & Investments” – 295 milyon dollar.
7. Araz Ağalarov, “Crocus Group”- 245 milyon dollar;
8. Vladimir və Feliks Yevtuşenkov, AFK Sistema – 240 milyon dollar.

 

Qeyd edək ki, İliyev və Nisanovun şirkətinin 2 milyon 591 min kvadratmetr kommersiya daşınmaz əmlakı var. Bura 148 min kvadratmetr ofis sahəsi, 320 min kvadratmetr anbar sahəsi, 1550 nömrəli hotel, 1 milyon 39 min kvadratmetr sahəsi olan “Food City” ticarət mərkəzi və 180 min kvadratmetr sahəsi olan “Evropeysky” ticarət mərkəzi daxildir.

Tacxeber.com

Oxşar xəbərlər

Xocalı soyqırımından 33 il ötür

redaktor

Rusiyalı müğənni azərbaycanlı ilə əlbəyaxa oldu

redaktor

MKİ-nin müharibəni bitirmək planı: Ukrayna 20 faizini itirir, əvəzində…

admin