24 C
Bakı
11 Avqust 2025 23:11
Cəmiyyət

Arvadını işləməyə qoymayan kişilərin nəzərinə! – Deputatdan təklif

Həyat yoldaşını işləməyə qoymayan kişinin əməkhaqqının bir hissəsinin qadının pensiya fonduna keçirilməsi qanuniləşdirilə bilər.

 

Tacxeber.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Mübariz Qurbanlı “Konstitusiya və suverenlik” ili çərçivəsində keçirilən “Qadın iştirakçılığının təbliği” adlı konfransın “Bərabərikdə dayanıqlılıq-konstitusiyamızın keçdiyi inkişaf yolunun əsas hədəfi kimi” mövzusuna həsr edilmiş panel sessiyasında deyib.

 

Onun sözlərinə görə, bu yanaşmaya heç kim etiraz etməməlidir:

 

“Elə kişilər var ki, ailə quranda qadına işləməyə icazə vermirlər. Bu kimi hallar təqaüd məsələsinə də təsir göstərə bilər. Belə hallarda kişinin əməkhaqqının bir hissəsi qadının pensiya fonduna keçirilə bilər. Məsələni bu yolla qanuniləşdirmək olar. Buna heç kim etiraz etməməlidir, çünki kişinin özü qadını işləməyə qoymayıb”.

Tacxeber.com

Oxşar xəbərlər

“Azərbaycanın xarici dövlət borcu yoxdur”- ifadəsi ancaq əbləhləri əsarətdə saxlamaq üçün propaqanda vasitəsidir.

admin

Ekoloqların ardınca ordumuz Xankəndiyə girir? – Mühüm açıqlama

admin

“Nə İran, nə casus? Elşən Vətənini sevən, dindar oğlandır” – Mehman Əhmədli

redaktor