21 C
Bakı
12 Avqust 2025 04:45
CəmiyyətHadisəKriminal

Bakıda maşından 30 minə yaxın pul oğurlandı

Bakının Binəqədi rayonu ərazisində bir nəfərin mopedinin oğurlanması barədə polisə məlumat daxil olub.

 

Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.

 

Rayon ərazisində isə daha bir oğurluq hadisəsi BMW markalı avtomobildən olub. Nəqliyyat vasitəsindən 3800 manat, 14485 avro pul, 950 manat dəyərində qızıl-zinət əşyası və sənədlər oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Bağırov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Araşdırmalarla təqsirli bilinən şəxs bundan öncə də “Mitsubishi” markalı avtomobildən içərisində bank kartları, sənədlər olan pul kisəsini oğurlaması da məlum olub. (Lent.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyədə partlayışın baş verdiyi şaxtada işlər dayandırıldı

redaktor

“TikTok-da biri soyunur, biri geyinir”

redaktor

ABŞ-da qaradərili vətəndaşların hüquqlarının müdafiəcisi Martin Lüter Kinqindən maraqlı hadisə

admin