19 C
Bakı
26 Sentyabr 2025 18:47
Dünya

“Azərbaycan bura girə bilməz” deyən polkovnik qaçdı! – Video

“Azərbaycan bura girə bilməz” deyən polkovnik qaçdı! – Video

2021-ci ildə Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın hazırda Azərbaycanın nəzarəti altında olan torpaqlara səfəri zamanı oranın korpus komandiri, polkovnik Geqam Martirosyan ilə görüşü bu günlərdə sosial şəbəkələrin Ermənistan kontentinin trendinə çevrilib.

Axar.az xəbər verir ki, bu mövzu erməni telekanalında yayımlanan “İcmal” verilişininin efirində müzakirə edilib.

“Zəngəzura müxalif qüvvə kimi gələn Sərkisyan erməni polkovnikə sual verir:

– Azərbaycan bu ərazidən yol çəkmək istəyir?

Polkovnik – Bəli.

– 10 kilometr, hə? Bu axı biabırçılıqdır… Bu əraziləri qorumağa gücünüz var?

Polkovnik – Əlbəttə var. Biz tam hazırıq. Çox güclü mövqelərimiz, strateji yüksəkliklərimiz var. Bura girmək üçün heç bir ordunun gücü yetməz!”

Ermənistan mətbuatının məlumatına görə, G.Martirosyan sentyabrın 12-də baş verən toqquşmalar zamanı tabeliyində olan 7 hərbçi ilə birlikdə silahını ataraq Azərbaycan Ordusunun qarşısından qaçıb.

Qeyd edək ki, Azərbaycan Ordusu Ermənistanın 12 sentyabrdakı təxribatına cavab olaraq ağır zərbə endirib və Ordumuz və əhali üçün təhlükə yaradan strateji yüksəkliklərdə möhkəmlənib.

Tacxeber.az

Oxşar xəbərlər

Bu hadisə olimpiadalar tarixinin, yəqin ki, ən böyük fırıldağıdır.

admin

Almaniyanın iki sabiq deputatı Azərbaycandan rüşvət almaqda ittiham edilir

admin

Ukrayna əks-hücuma keçdi – Bryansk və Lipetsk hədəfdə

redaktor