13 C
Bakı
24 Mart 2026 16:31
İdman

Rusiya bayrağı ilə Azərbaycan çempionatına çıxdı, tənqid edildi – VİDEO

Sərbəst güləş üzrə 125 kq çəki dərəcəsində U-20 Azərbaycan çempionatında çıxış edən Muxamed Qantemirovun geyindiyi geyimin üzərindəki rus bayrağı sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

 

Tacxeber.com“qafqazinfo.az”a istinadən xəbər verir ki, onun ölkə birinciliyində başqa ölkə bayrağı ilə yarışması tənqid edilib.

 

Azərbaycan çempionatında idmançının başqa ölkənin bayrağı ilə xalçaya çıxması da sual doğurub.

 

Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Musalı açıqlamasında güləşçilərin ölkə çempionatında başqa bayraqla mübarizə aparmasının qadağan edildiyini bildirib.

 

Federasiya rəsmisi Muxamed Qantemirovun geyimindəki Rusiya bayrağının əvvəlcədən üzərinin örtüldüyünü açıqlayıb:

 

“Əslində, bizdə görüntülər var. Onun geyimindəki Rusiya bayrağı əvvəlcədən bağlanmışdı. Lakinin bayrağın üzərinə vurulan stiker sonradan qopub. Hakimlər daha sonra stikerin qopduğunu görüb və yenidən üzərini örtüblər. Bu finalda qısa zaman ərzində baş verib.

 

O, yeniyetmə idmançılar arasında Avropa ikincisi və dünya üçüncüsüdür. İdmançının trikosu var. Sadəcə itirdiyi üçün bu cür gəlib. Vaxtında bizə məlumat versəydi, onu geyimlə təmin edərdik. Amma məlumat vermədiyi üçün bu cür mənzərə yaranıb”.


Tacxeber.com

Oxşar xəbərlər

Salyanda “Kikboksinq hamı üçün” devizi altında kütləvi idman tədbiri keçirildi — FOTOLAR

redaktor

UEFA-dan AFFA-ya siqnallar daxil oldu – Liqalar nəzarətə götürüldü

admin

“Azarkeşlərin təxribatı məni motivasiya edir” – “Zirə”nin legioneri

admin