DünyaHadisəMüsahibəSağlamlıq

“PKK-nı mən qurdum, mən də dağıdıram”

MHP lideri Dövlət Baxçalının “Terrorsuz Türkiyə” çağırışından sonra DEM, MİT və İmralı arasında danışıqlar intensivləşib.

 

 Türkiyə mediası danışıqlarda bazarlıq və əfv məsələsinin masada olmadığı və terror lideri Öcalanın təşkilata məktub yazdığı haqda iddia yayıb.

 

Təhlükəsizlik mənbələrindən verilən məlumata görə, təşkilata öz iradəsini tətbiq etməyə icazə verməyən Öcalan “təşkilatı mən qurdum, mən də dağıdaram” fikrindədir.

 

Görüşlərdə Öcalanın bəzi tələblərinin olduğu, lakin amnistiya məsələsinin heç vaxt müzakirəyə çıxarılmadığı bildirilir. Təşkilat tamamilə tərk-silah olunarsa, xəstə və yaşlı məhbusların qalan cəzalarını ev dustaqlığında tamamlamaları üçün tənzimləmələr aparılacağı barədə pərdəarxası danışıqlar getdiyi bildirilir.

 

“Burada əsas məsələ silahlarını yerə qoymalarıdır. O zaman əskik bir şey olub-olmadığını görəcəyik. Silahlarını yerə qoymadan və bunu konkret görmədən heç bir addım atıla bilməz”, – AKP-dən olan mənbə deyib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Məşhur idmançı ilə dəyişdirilən “ölüm taciri” kimdir – DOSYE

admin

Netanyahu əsas MƏQSƏDİ AÇIQLADI – Tramp xəbərdar olub, hədəf daha böyükdür

redaktor

Bakıda böyük təhlükə: Su kəmərləri üzərində yüzə yaxın ev tilkilib

admin