Dünya

Zelenskidən ŞOK: ABŞ müharibəmizdən milyardlar qazanıb

ABŞ Ukraynadakı müharibədən və əvəzsiz döyüş təcrübəsindən milyardlarla gəlir əldə edib.

Tacxeber.com xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

 

Onun sözlərinə görə, Amerika şirkətləri Rusiyanın Ukraynada apardığı genişmiqyaslı müharibənin yaratdığı böyük tələbat səbəbindən son 50 ildə ən yüksək qiymətə silah müqavilələri əldə edirlər.

 

“Bütün Avropa ölkələrinin belə bir xahişi var. İnsanlar qorxur. Bu, böyük puldur. Amerika şirkətləri hətta lisenziyalardan da milyonlar qazanıblar, çünki onların Avropada ofisləri var. Ona görə də bu, milyardlarla gəlirdir. Mən inanıram ki, bu müharibə bütün pis şeylərlə yanaşı, belə bir imkan da yaradıb”, – Zelenski britaniyalı jurnalist Pirs Morqanla müsahibəsində deyib.

 

Zelenski onu da əlavə edib ki, bununla yanaşı, ABŞ müasir genişmiqyaslı quru müharibəsində təcrübə qazanıb.

Tacxeber.com

Oxşar xəbərlər

Marqara-Əlican keçid məntəqəsi: ABŞ sərhədin açılmasını alqışladı.

admin

Gecə saatlarında şiddətli atışma başladı: çox sayda ölü var – İRANDA NƏ BAŞ VERİR ?

admin

Azərbaycan Türkiyədən yeni “Akıncı” hücum PUA-ları alıb

redaktor