15 C
Bakı
29 Mart 2026 18:04
Siyasət

Novruzovdan daha bir açıqlama: “Vaxtilə Razi Nurullayevi…”

Deputat Razi Nurullayev mənim çapımda, səviyyəmdə olan adam deyil.

 

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) funksioneri Siyavuş Novruzov deyib.

 

“Mən ona cavab verə bilmərəm. Getsin işi ilə məşğul olsun. Vaxtilə onu düzgün yola gətirdik, indi belə olur”, – deyə o qeyd edib.

 

Qeyd edək ki, ötən gün Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında deputat Siyavuş Novruzov İmişli hadisələri ilə bağlı rayonun deputatları ilə söhbət etdiyini bildirib.

 

Milli Cəbhə Partiyasının sədri, İmişlidən olan deputat Razi Nurullayev isə bunu təkzib edərək, sosial media hesabında deputat Siyavuş Novruzovun ünvanına xoşagəlməz ifadələr işlədib.

Tacxeber.com

Oxşar xəbərlər

Tramp Wall Street Journal-ı məhkəməyə verib və 20 milyard dollar tələb edir.

admin

ABŞ: Trampı İran öldürmək istəyirmiş, amma… – ŞOK DETALLAR

admin

Fransalı senator Azərbaycandan üzr istədi

redaktor