12 C
Bakı
28 Mart 2026 03:57
CəmiyyətMüsahibə

“Bu gedişlə yer üzündə bir canlı qalmayacaq”

İqlim dəyişikliyi nəticəsində havanın temperaturunun qlobal səviyyədə qalxması belə davam edərsə və vaxtında bunun qarşısının alınması istiqamətində lazımi addımlar atılmazsa, o zaman yaşadığımız Yer kürəsini böyük fəlakətlər gözləyir.

 

Tacxeber.com xəbər verir ki, bunu deputat Elman Nəsirov parlamentdə “İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

 

“Əgər qlobal səviyyədə temperaturun artması belə davam edərsə, onda 100-200 ildən sonra yer üzündə bir canlı qalmayacaq”, – deputat qeyd edib.

 

Vəziyyətdən çıxış yolunu yaşıl enerjiyə keçiddə görən deputat bildirib ki, Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizədə aktiv iştirak edərək qlobal problemin həllinə öz töhfəsini verməkdədir.

 

O əlavə edib ki, Azərbaycan yaşıl enerjiyə keçidlə bağlı böyük potensiala malikdir. “Azərbaycan Prezidenti bu istiqamətdə məqsədyönlü siyasət yürüdür və bu siyasət beynəlxalq aləm tərəfindən dəstəklənir. Elə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin baş ofisinin Bakıda fəaliyyət göstərməsi barədə verdiyi qərar bu sahədə cənab Prezidentin siyasətinə olan etimadın göstəricisidir”, – o qeyd edib. (Olke.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Kartda pul saxlamaq artıq risklidir – Bank işçisi hər şeyi danışdı

redaktor

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov pedoqoji heyətdə narazılıq niyə yaradır?

redaktor

Uşaq dünyaya gətirən 13 yaşlı qızın anası ondan və nəvəsindən imtina etdi – YENİLƏNİB

redaktor