24 C
Bakı
22 İyun 2025 11:45
Dünya

Zukerberq Trampla qonşu olmaq istəyir

“Meta Platforms”un həmtəsisçisi Mark Zukerberq ABŞ Prezidenti Donald Trampla daha sıx əlaqə qurmaq məqsədilə Vaşinqtonda əmlak almaq imkanlarını araşdırır.

 

Tacxeber.com Oxu.Az – a istinadla xəbər verir ki, bu barədə “Financial Times” nəşri vəziyyətlə tanış olan iki mənbəyə istinadən məlumat yayıb.

 

Nəşrin mənbələri bildirir ki, Zukerberq süni intellekt kimi sahələrdə biznesinə aid tənzimləmələrə təsir göstərməyə çalışır. Məlumata görə, artıq potensial uyğun əmlak tapılıb.

 

Əgər Zukerberq həmin əmlakı alarsa, Ağ Evə yaxın yaşamaq üçün daşınmaz əmlak axtaran Silikon Vadisindən olan digər sahibkarlara qoşulacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Rus ordusuna ağır zərbə: Silah anbarları məhv edildi

admin

“Best model”in Azərbaycanda keçirilməsinə qadağa qoydu

redaktor

Rusiyada diversiya: dəmir yolu partladıldı – FOTO

admin