Dünya

Putindən AÇIQLAMA: Ukrayna ilə münaqişə bu tarixdə bitə bilər – VİDEO

Rusiya prezidenti Vladimir Putin Ukraynadakı münaqişənin bitmə ehtimalı və tarixlə bağlı açıqlama verib.

Tacxeber.com xəbər verir ki, bunu Putin “Rossiya” telekanalının müxbiri jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.

 

O qeyd edib ki, münaqişə müəyyən şərtlər daxilində bir ay yarım və ya iki aya bitə bilər:

“Düşünürəm ki, əgər Ukraynada pul və geniş şəkildə desək, döyüş sursatı tükənsə, hər şey bir ay yarım və ya iki aydan sonra bitəcək. Çünki hazırda Ukraynanın suverenliyi demək olar ki, sıfıra bərabərdir”.

Rusiya lideri vurğulayıb ki, müvafiq istək olarsa, istənilən hüquqi problemin həlli mümkün olur. Halbuki, hazırda belə bir istək yoxdur.


Tacxeber.com

Oxşar xəbərlər

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor

Rusiya Giriş Qaydalarını Sərtləşdirir: Azərbaycan Vətəndaşları üçün Nə Dəyişiklik Edəcək?

redaktor

Ukrayna Rusiyaya təxminən 64 min dron atıb

redaktor