Cəmiyyət

Ramiz Rövşənə ikinci dəfə ev bağışlanıb?

Yayılan məlumata görə, 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən mənzillə təmin olunan Xalq şairi Ramiz Rövşənə daha bir mənzil hədiyyə edilib.

 

İddia olunur ki, Bakının mərkəzində yeni tikilən binalardan birində dördotaqlı mənzil Xalq şairinə hədiyyə olunub.

 

Xalq şairi Ramiz Rövşən Oxu.Az-a açıqlamasında məlumatı təkzib edib.

 

O bildirib ki, kimlərsə şayiə yayırlar:

 

“2020-ci ildə “Xalq şairi” adını alanda mənə mənzil hədiyyə edilib. İndi yayılan məlumat isə yalandır”.

Tacxeber.com

Oxşar xəbərlər

Məhbəsdə Ülvi Həsənliyə xəsarət yetirib.

admin

“Futbolumuzda hər şeyə sıfırdan başlamalıyıq” – AFFA-nın baş katibi

admin

Ancelina Coli İsrailə sərt reaksiya verdi

admin