İraqın xarici işlər naziri Fuad Məhəmməd Hüseyn Davosda çıxışı zamanı bildirib ki, Bəşər Əsəd rejiminin süqutundan sonra İŞİD qruplaşması öz mövqelərini gücləndirib.
Tacxeber.com xəbər verir ki, bu barədə “Al-Arabiyya” məlumat yayıb.
“İŞİD daha da böyüyüb, son vaxtlar özünə yeni üzvlər cəlb edib və Suriya ordusunun dağılması səbəbindən daha böyük həcmdə silah üzərində nəzarəti ələ keçirib”, – nazir deyib.