12 C
Bakı
29 Mart 2026 00:18
Hadisə

Lənkəranda iki balıqçı itkin düşdü – FOTO

Lənkəranda balıqçılar itkin düşüb.

 

Tacxeber.com-ın APA-ya istinadən verdiyi xəbərə görə bu gün səhər saat 08:00-da balıq tutmaq məqsədilə Lənkəran rayonunun Siyavar kənd sakinləri 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov dənizə çıxıblar.

 

Saat 17:00-da geri qayıtmalı olduqları halda, bu saata qədər onlardan heç bir xəbər yoxdur. Hazırda sahil mühafizə hissəsinin əməkdaşları balıqçıların axtarışını həyata keçirir.

 

Hazırda Lənkəranda bəzi ərazilərdə duman müşahidə olunur. Balıqçıların qayığının dumanlı hava şəraitinə görə istiqamətini dəyişdiyi ehtimal olunur.

 

Qeyd edək ki, hər iki şəxsin uzun müddətdir ki, balıqçılıqla məşğul olduğu bildirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda metroya gizli soxulan Fransa vətəndaşı saxlanıldı

redaktor

Qalib gələn nəsillər normal cəmiyyətlər inşa edə bilir.

admin

Kreml yenə Azərbaycanla Ermənistan arasında əsas vasitəçi olmaq inadınddan əl çəkmir.

admin