12 C
Bakı
28 Mart 2026 03:12
Cəmiyyət

Bakıda taksi sürücüsündən qeyri-adekvat davranış – Maşını gözüyumulu sürdü

Bakıda taksi sürücüsü sərnişinə qorxu dolu anlar yaşadıb.

 

Tacxeber.com Baku.ws-ə istinadla xəbər verir ki, sərnişinin sözlərinə görə, hadisə ötən il dekabrın 27-də baş verib.

 

Belə ki, taksi şirkətlərindən birinə aid “77-RY-169” dövlət nömrə nişanlı maşının sürücüsü nəqliyyat vasitəsini idarə edən zaman qəribə davranışlar sərgiləyib. O, maşını mürgüləyərək idarə edib və bir neçə dəfə yol hərəkəti qaydalarını pozub.

 

“Beş dəqiqəlik yolda beş-altı dəfə qayda pozdu. “Saxla” deməyimə baxmayaraq, maşını saxlamadı”, – deyə sərnişin bildirib.

 

Hadisə barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məlumat verilib. Açıqlama olacağı təqdirdə xəbər veriləcək.

 

Sözügedən kadrları təqdim edirik:

 

Oxşar xəbərlər

Ramiz Mehdiyevin gəlini bankdakı payını artırıb. Qardaşının payı isə azalıb

admin

Səfərbərlik Xidmətinin 40 əməkdaşının işini prokurorluq araşdırır

redaktor

MÜSLÜMOVUN “CƏZASI” VƏ ƏHALİNİN PENSİYA BƏLASI – Sabiq nazirin oğurluq əmlakları əlindən alınır, pensiyaçılar isə…

redaktor