7 C
Bakı
26 Dekabr 2025 22:52
Dünya

Conson: Makrondan qisas aldım, 65 mlrd dollar ziyana saldım

“Brexit” Fransa prezidenti Emmanuel Makronla da münasibətlərimin gərginləşməsinə səbəb oldu.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Böyük Britaniyada keçmiş baş naziri Boris Consonun “Unleashed” kitabında yazıb.

 

O yazır ki, Makron Britaniyanın blokdan çıxmasını AB-yə və onun dəyərlərinə dəhşətli etinasızlıq kimi qiymətləndirib ölkəni cəzalandırmaq istəyirdi.

 

Conson əlavə edib ki, Makrona Britaniyanı cəzalandırmasına imkan verməyib bunun qisasını alıb. “ABŞ və Avstraliya ilə AUKUS müdafiə ittifaqı yaratmaq üçün müqavilə imzalayaraq Fransa prezidentindən qisas almağı bacardım. Nəticədə Avstraliya Fransa ilə 65 milyard dollar dəyərində olan dizel sualtı qayıqlarının tikintisi üzrə müqavilədən məhrum oldu”, – Conson vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Putinin Türkiyəyə gözlənilən səfəri baş tutmaya da bilər.

admin

Ərəblərin etirazına görə “Babək” serialı çəkilməyəcək

redaktor

Ukraynanın keçmiş xarici işlər naziri ölkədən qaçıb

redaktor