DünyaSiyasət

Azərbaycana sonsuz təşəkkürümü bildirirəm – Vuçiç

Azərbaycana sonsuz təşəkkürümü bildirirəm - Vuçiç

 

Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana təşəkkürünü bildirib.

 

 

Bu barədə Serbiya lideri sosial şəbəkədə yazıb.

 

“Azərbaycandan olan qardaş və dostlarımız məni məlumatlandırdılar ki, fors-major səbəbindən yaranan obyektiv problemlərə baxmayaraq, Serbiyaya qaz təchizatı dayandırılmayacaq. Azərbaycana və tezliklə Belqradda böyük səbirsizliklə gözlədiyim Prezident İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm”, – dövlət başçısı qeyd edib.

Qeyd edək ki, “Şahdəniz Alfa” platforması ilə Səngəçal terminalı arasında sualtı kondensat ixrac xəttində yaranan texniki problem səbəbindən Azərbaycandan Serbiyaya qaz ixracı müvəqqəti dayandırılıb. Aleksandr Vuçiç texniki problemlərin aradan qaldırılmasına 1-2 ay vaxt lazım ola biləcəyini bildirmişdi. Lakin Azərbaycan qazının Serbiyaya tədarükünün yanvarın 15-də bərpa olunacağı gözlənilir. (Sfera.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Dünyanın 140 ən güçlü ordusu -VİDEO

admin

Sinvarın həyat yoldaşı 32 min dollarlıq çanta ilə görüntüləndi – VİDEO

admin

2024-cü ildə kriptovalyuta istifadəçilərinin sayı bir milyarda çatacaq

admin