Cəmiyyət

Samir Şərifovdan ilk açıqlama

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamları ilə uzun illər maliyyə naziri vəzifəsində çalışmış Samir Şərifov vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib.

 

Tacxeber.com-ın “Manset.az”a istinadən məlumatına görə, yeni təyinatı ilə bağlı açıqlama verən Samir Şərifov Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

 

“Cənab Prezident mənə böyük etimad göstərib. Çalışacağam ki, bu etimadı doğruldum. Hələ ki müavin olaraq hansı sahəyə rəhbərlik edəcəyimi deyə bilmərəm. O məsələlərə Baş nazir baxacaq, cənab Prezidentlə razılaşdırılacaq. İnşallah növbəti həftə bəlli olacaq”, – S. Şərifov əlavə edib.

 

Qeyd edək ki, Samir Şərifov 19 il maliyyə naziri vəzifəsində çalışıb.

Tacxeber.com

Oxşar xəbərlər

“Satışdakı ucuz kolbasalar murdar ət və donuz dərisindən hazırlanır”

redaktor

Bakıda uşaq evində nələr baş verir? – Səs yazısı yayıldı (VİDEO)

redaktor

Rafiq Əliyevin qaynı oğlu Rusiyada öldürüldü

admin