CəmiyyətDünyaHadisəSiyasət

“Rusiya bahalı avtomobilləri Gürcüstan vasitəsilə alır” – Zurabişvili

Gürcüstanın keçmiş prezidenti, xanım Salome Zurabişvili Gürcüstan hökumətini Rusiyaya sanksiyalardan yayınmaq üçün köməklik göstərməkdə qınayıb.

 

 Rusiya mediası xəbər verir ki, Zurabişvili keçirdiyi mətbuat konfransında hakim “Gürcü Arzusu” partiyasının Gürcüstan iqtisadiyyatına böyük zərərlər vurduğunu söyləyib.

 

Onun bildirdiyinə görə, Gürcüstan Rusiyaya Qərb sanksiyalarından yan keçməkdə kömək etdiyindən, bundan ölkə iqtisadiyyatı zərər görür:

“Gürcüstanın gəlir mənbələrindən biri də Gürcüstandan keçməklə Orta Asiya ölkələrinə göndərilən bahalı avtomobillərdir. Əslində həmin avtomobillər Orta Asiyaya yox, Rusiyaya göndərilir. Bu, ciddi problemdir və yəqin ki, hakim partiyanın gəlir mənbələrindən biridir”.

 

Qeyd edək ki, Zurabişvili qərbpərəst mövqeyi ilə tanınır. Onun fikirncə, “Gürcü Arzusu”nun formalaşdırdığı hökumət Rusiya ilə əməkdaşlığa daha çox önəm verir və Gürcüstünın Avropaya inteqrasiyasında maraqlı deyil. (Sfera.az)

Tacxeber.com

Oxşar xəbərlər

Quba rayon İcra Hakimiyyəti tədbirə 181 min 580 manat xərcləyəcək- İSRAFÇILIQ DEYİLMİ?

redaktor

İmamoğlu işi ilə bağlı bu şirkətlərə HƏBS QOYULDU

redaktor

Rəsulzadənin 100 il öncə Stalinə verdiyi tarixi cavab – DETALLAR

redaktor