Dünya

Netanyahunun məşhur muzeydəki heykəlini çəkiclədilər – VİDEO

Maskalı fəallar Meksikanın patyaxtı Mexikoda yerləşən məşhur Mum Muzeyində İsrailin Baş naziri Benyamin Netanyahunun fiqurunu çəkiclə yıxıb.

 

Tacxeber.com“Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə xarici KİV-də görüntülər yayılıb.

 

Videoda etirazçının heykəlin üstünə qırmızı maddə səpdiyi, daha sonra onu çəkiclədiyi görünür.

 

Heykəli yerə yıxdıqdan sonra həmin şəxs Fələstinə dəstək şüarları səsləndirib.

 

Sosial şəbəkələrdə viral olan görüntülərdə insanlar heykəlin uçurulmasını dəstəkləyiblər.

 

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) “Qəzzada hərbi cinayətlər və insanlığa qarşı cinayətlərə görə” Netanyahu haqqında həbs qərarı çıxarıb.

 

 

Oxşar xəbərlər

İrəvanda rusiyalı blogerin saçını qırxıb işgəncə verdilər – VİDEO

redaktor

Məscid tikintisində faciə: Ölən və yaralılar var

redaktor

İranda keçmiş millət vəkilinə şallaq vuruldu: Vəziyyəti ağırdır

redaktor