26 C
Bakı
21 İyun 2025 16:41
Cəmiyyət

Binalarda yaşayanların NƏZƏRİNƏ: cihazlar quraşdırılır

Azərbaycanda çoxmərtəbəli yaşayış binalarının zəlzələyə dayanıqlılığını yoxlamaq üçün cihazlar yerləşdiriləcək.

 

Tacxeber.com xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetindən bildirilib ki, təhsil müəssisəsinin Zəlzələ Araşdırmaları Mərkəzi tərəfindən böyük tədqiqat aparılıb.

 

Universitetin professoru Azər Qasımzadənin sözlərinə görə, tədqiqatın nəticəsi olaraq ölkə ərazisində, xüsusən Bakıda yerləşən çoxmərtəbəli yaşayış binalarında cihazlar yerləşdiriləcək:

 

“Bu cihazlar vasitəsilə mütəmadi olaraq binaların zəlzələyə davamlılığı barədə monitorinq aparılacaq. Beləliklə, risklər müəyyənləşdiriləcək və baş verə biləcək problemin qarşısını vaxtından əvvəl almaq mümkün olacaq”.

 

“Layihənin tətbiqi üçün işlərə başlanılıb və yaxın zamanda aidiyyəti qurumlarla görüşlər təşkil olunacaq”, – deyə professor qeyd edib.

Ətraflı “Xəzər Xəbər”in süjetində:

 

Oxşar xəbərlər

Həbs olunmuş Abzas Mediaçı jurnalistlərin məhkəmədə son sözlərindən seçmələr

admin

Fətullah Gülənin Pensilvaniyadakı yeni evindən çıxarkən fotoları çəkildi – VİDEO

redaktor

Telefonunuz səbəbsiz yerə çox qızır? – Bunlara fikir verin

redaktor