11 C
Bakı
29 Mart 2026 11:52
Siyasət

Prezident: “Rusiyanın dövlət qurumlarının hadisəni ört-basdır etməsi hiddət hissi doğurur”

“Mən bir daha demək istəyirəm ki, bizdə olan məlumat həqiqətə əsaslanır. Rusiyanın dövlət qurumları tərəfindən bu hadisəni ört-basdır etmək və cəfəng versiyalar üzərində dayanmaq bizdə həm təəccüb, həm təəssüf, həm də haqlı olaraq hiddət hissi doğurur”.

Tacxeber.comxəbər verir ki, bu sözləri Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşündə söyləyib.

 

“Günahsız insanlar həlak olublar. Yenə də deyirəm, məhz pilotların və ekipaj üzvlərinin qəhrəmanlığı nəticəsində 30-a yaxın insan bu qəzadan sağ çıxıb, onların bir neçəsi ağır yaralanmışdır.

Onu da bildirməliyəm ki, qəza nəticəsində ən çox həlak olan Azərbaycan vətəndaşlarıdır. Eyni zamanda, Rusiya və Qazaxıstan vətəndaşları da həlak olublar. Qırğızıstan vətəndaşları isə yaralanmışdır” , – deyə dövlət başçısı vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Yalanlar SİLSİLƏSİ – Rusiya təyyarəmizin vurulması ilə bağlı uydurmalara nə vaxt “STOP” DEYƏCƏK?

redaktor

Putin: Nüvə silahından istifadə nəzəri cəhətdən mümkündür

redaktor

Bu, Qarabağ ermənilərinin reinteqrasiyasının başlanğıcıdır – Korotçenko

redaktor