Dünya

Ruslar şokda: Ukrayna cəbhədə nə tətbiq edir? – VİDEO

Ukrayna ordusu Kurskda hücum zamanı Rusiya dronlarına qarşı yeni radioelektron mübarizə vasitələri (REM) tətbiq edir.

 

Tacxeber.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya hərbi Teleqram kanalları məlumat yayıb.

 

“Rusiyalı hərbçilər REM-in tətbiqindən şikayət edirlər. Çünki yeni sistem çox güclü və keyfiyyətli işləyir və dronların görüntülərini pozur”, – məlumatda qeyd olunub.

 

Hətta Ukrayna texnikasını vurmaq istəyən dronların REM tərəfindən zərərsizləşdirilməsi görüntüləri də yayılıb.

 

Qeyd edək ki, Ukrayna ordusunun Kurskda yeni hücuma başladığı, radioelektron mübarizə sistemləri ilə ərazini blokladığı, ona görə də Rusiya pilotsuz təyyarələrinin yararsız olduğu bildirilmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor

Rusiya Giriş Qaydalarını Sərtləşdirir: Azərbaycan Vətəndaşları üçün Nə Dəyişiklik Edəcək?

redaktor

Ukrayna Rusiyaya təxminən 64 min dron atıb

redaktor