26 C
Bakı
13 Avqust 2025 04:48
Hadisə

Şəhidlə bağlı rüşvət QALMAQALI: araşdırma başladı – RƏSMİ

Şəhid qardaşının iddiası ilə bağlı Müdafiə Nazirliyində araşdırma başlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşmasında şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Әhmәdov Sәbuhi Fuad oğlunun qardaşı Sənan Əhmədovla sentyabrın 15-də Müdafiə Nazirliyində görüş təşkil edilib.

Vətəndaş Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb.

Müdafiə nazirinin tapşırığına əsasən hazırda məsələ ilə bağlı tərəfimizdən araşdırma aparılır.

İctimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov açıqlamasında qardaşından Silahlı Qüvvələrin komando bölüyünə qatılması üçün 6000 manat rüşvət istənildiyini deyib.

Tacxeber.az

Oxşar xəbərlər

Quru sərhədlər 2 gün sonra açılır? – Deputat

admin

Azərbaycanın 4 diplomatı millət vəkili oldu

admin

Aynur Dadaşovanın avtomobilini əzdilər – VİDEO

redaktor