29 C
Bakı
11 Avqust 2025 15:02
Siyasət

İsrail naziri Azərbaycana başsağlığı verib: Yanınızdayıq və hər cür yardıma hazırıq

İsrailin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqev Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib.

 

Tacxeber.com xəbər verir ki, məktubda deyilir:

 

“Hörmətli cənab Prezident.

Bu gün Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində baş vermiş ürəkağrıdan faciə ilə bağlı Sizə şəxsən öz adımdan, İsrail hökuməti və xalqı adından dərin hüznlə başsağlığı verirəm.

 

İsrail Dövləti çoxsaylı insan itkisi ilə əlaqədar kədərinizi bölüşür. Bu faciə nəticəsində həlak olanların ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı veririk. Yaralıların hamısının tezliklə tam sağalmalarını arzu edirik.

 

İsrail Dövləti, eləcə də Nəqliyyat və Yol Təhlükəsizliyi Nazirliyi bu çətin vaxtda Sizin yanınızdadır və lazım ola biləcək hər cür yardımı göstərməyə hazırdır.

 

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Tacxeber.com

Oxşar xəbərlər

Bax, hal-hazırda mətbuat gününü bayram etmək buna bənzəyir.

admin

İran Prezidenti Trampı Netanyahuya qarşı tədbir görməyə çağırdı

redaktor

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi – Foto

redaktor