16 C
Bakı
26 Sentyabr 2025 22:41
CəmiyyətDünyaSiyasət

Makron İlham Əliyevə zəng etdi

Tacxeber.az   Teleqraf.com-a istinadən xəbər verir ki, telefon danışığı zamanı Fransa Prezidenti Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentlə əlaqədar narahatlığını ifadə edib.

Dövlətimizin başçısı bu genişmiqyaslı təxribatlara görə məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü və Azərbaycan tərəfindən cavab tədbirlərinin görüldüyünü diqqətə çatdırdı.

Həmçinin telefon danışığı əsnasında regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, sülh gündəliyinin davam etdirilməsinin vacibliyi vurğulandı.

Dövlətimizin başçısı Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının gündəliyinə Ermənistanla Azərbaycan arasında sərhəddə yaranmış gərginlik məsələsinin çıxarılacağına toxunaraq, bu müstəvidə müzakirələrin obyektiv əsaslarla aparılmasının vacibliyini bir daha diqqətə çatdırdı.

Tacxeber.az

Oxşar xəbərlər

Flora Kərimovadan Qənirə Ataşovaya DƏSTƏK: “Nə qədər insanı eybəcərlikdən qurtardınız…”

redaktor

Zelenskinin ofisi FİFA-nı qınadı: Qətər dəstəklədi, amma…

redaktor

Bakı güclüdür və məqam gözləyir, Ərdoğan davam edəcək – İskəndəryan

redaktor