CəmiyyətGündəm

“Bilik Günü” ilə bağlı bütün tədbirlər ləğv olundu – Nazirdən tapşırıq

Elm və Təhsil naziri Emin Əmrullayevin tapşırığı ilə Azərbaycanın bütün təhsil müəssisələrində sabah – sentyabrın 15-də “Bilik Günü” ilə bağlı nəzərdə tutulan tədbirlər ləğv olunub.

Bu haqda təhsil müəssisələrinin rəhbərlərinə, kollektivlərinə tapşırıq verilib, hər hansı təntənəli tədbirin keçirilməməsi diqqətə çatdırılıb.

Bundan əlavə həm tədris ilinin başlanması, həm də siniflərdə ilk dərslər şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayacaq.

Bildirək ki, sentyabrın 13-ü gecə Ermənistanla sərhəddə toqquşma baş verib və rəsmi açıqlamaya görə 50 hərbiçimiz şəhid olub.

Tacxeber.az

Oxşar xəbərlər

1937 geri qayıdır: Damğalar dəyişir, üsullar yox

redaktor

Rusiya-İran yük gəmiləri və neft obyektləri hədəf alındı – Zelenski təsdiqlədi

redaktor

AYNA-nın fəaliyyətini “TikTok”da tənqid edən taksi sürücüsünə 15 sutka həbs verilib

admin