DünyaGündəmHadisəİdmanŞou

190 milyon dollarlıq döyüşdə Aleksandr Usik Fyurini məğlub etdi.

Ukraynalı boksçu Aleksandr Usik britaniyalı Tayson Fyuri ilə döyüşdə qalib gələrək WBC, WBA və WBO versiyaları üzrə ağır çəkidə dünya çempionu titulunu qoruyub.

 

Bu döyüş Səudiyyə Ərəbistanında keçirilib.

 

12 raundun yekunlarına əsasən, hakimlər yekdilliklə qələbəni Usikə veriblər: 116-112.

Bu, Usik və Fyuri arasında 2024-cü ildə ikinci döyüş olub. Mayda baş tutan əvvəlki döyüşdə də Usik qalib gəlib. Fyuri o zaman karyerasında ilk dəfə məğlub olub.

 

Usik üçün bu qələbə onun peşəkar rinqdə 23-cü qələbəsi olub. İndiyədək o, heç bir döyüşdə məğlub olmayıb.

Döyüş boksçuların ümumi qonorarına görə rekord müəyyənləşdirb. İkisi üçün 190 milyon dollar qazanacaqlar. Usik və Fyuri rinqdəki ilk görüşləri üçün ümumilikdə təxminən 100 milyon qazanıblar.

 

Tacxeber.com

Oxşar xəbərlər

Süni intellektin inkişafı kontekstində bəşəriyyəti nə gözləyir? – Alimlərin proqnozları

redaktor

İranda Britaniya kəşfiyyatına işləyən 7 nəfər saxlanıldı

admin

İran yeni təhdidləri nəzərə alaraq müdafiə sistemini yenilədi

redaktor