24 C
Bakı
22 İyun 2025 10:41
DünyaŞou

77 yaşlı Şvartsenegger yeni görünüşü ilə heyrətləndirdi

Hər kəsin Terminator kimi tanıdığı əfsanəvi Amerika aktyoru Arnold Şvartsenegger yenidən çəkiliş meydançasına qayıdıb.

 

O bu dəfə Milad komediyası “Çantalı adam”da santa Klaus rolunu canlandırıb. Kaliforniyanın 38-ci qubernatorunun özü şəxsi İnstaqram səhifəsində emosiyalarını paylaşıb.

“Şaxta baba şəhərə gəlir! Nyu-York işləmək üçün əla yerdir və mən bu bayram şənliyini hər kəslə bölüşmək üçün səbirsizlənirəm”.

 

Filmin rejissoru məşhur Hairspray musiqili filminin yaradıcısı Adam Şenkmandır.

Maraqlıdır ki, rol üçün aktyor yeni obraza bürünüb – indi onun saqqalı ağarıb və uzun saçları var.

 

1996-cı ildə “Milad üçün hədiyyə” komediyasında onun personajı oğlu üçün mükəmməl oyuncaq axtarırdı.

Aktyor sıx iş qrafikinə baxmayaraq, əlavə təhsilə vaxt ayırır. 2024-cü ilin payızında onun universitetdən doktorluq dərəcəsi aldığı məlum olub. (Lent.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Təxribat başladı: Laçına hərəkət edirlər — VİDEO

redaktor

Ukraynada azərbaycanlı itkin düşdü – Video

redaktor

SON DƏQİQƏ: İrandan Azərbaycana dron göndərdilər – RƏSMİ AÇIQLAMA

redaktor