20 C
Bakı
20 Oktyabr 2026 16:02
CəmiyyətHadisəKriminal

Bakıda maşından güllələnmiş kişi meyiti tapıldı

Bakıda avtomobildən üzərində güllə xəsarətləri olan meyit tapılıb.

 

Tacxeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dünən saat 21 radələrində Binəqədi rayonu Goradil qəsəbəsi ərazisində dəniz sahilində baş verib.

 

Belə ki, Abşeron rayon sakini 1975-ci il təvəllüdlü Yalçın Xanış oğlu Cəfərovun “Honda” markalı avtomobilində üzərində güllə xəsarətləri olan meyiti tapılıb. Hadisə yerindən 1 ədəd nömrəsi silinmiş ov tüfəngi aşkar edilib.

 

İlkin araşdırmalardan sonra Y.Cəfərovun maşında özünü güllələyərək intihar etməsi bildirilib.

 

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Körfəz ölkələrinin dərsi budur: miqrant qəbul et, amma qaydanı dəyişmə

redaktor

Bu şəxslərin pensiyaları aylıq əlavələr ilə artırılacaq

redaktor

“Sabah” “Borussiya”ya qarşı

admin