25.3 C
Bakı
13 İyun 2026 13:12
CəmiyyətDünyaHadisə

Göyərtəsində 13 Azərbaycan vətəndaşının olduğu gəmi qəzaya uğrayıb

Azərbaycan və Türkiyədən olan 13 nəfəri daşıyan türk gəmi sahibinin gəmisi Kerç boğazında çətin vəziyyətə düşüb: dənizə çıxa bilmirlər, su və yeməklər tükənir.

 

Bu barədə TASS-a Rusiya Dənizçilərin Həmkarlar İttifaqından məlumat verilib.

 

“Türk gəmi sahibinə məxsus və Sierra-Leone bayrağı altında üzən “Lady Fortune” gəmisinin heyəti bizimlə əlaqə saxlayıb. Bir neçə gün əvvəl onlar Kerçdən çıxıb Türkiyəyə getməli idilər. Lakin hazırda bunun qeyri-mümkün olduğu ortaya çıxıb – su demək olar ki, tükənib, yemək də tükənmək üzrədir, vəziyyət gəminin texniki vəziyyəti, çətin hava şəraiti və işəgötürəninin vicdansız olduğu səbəbindən ağırlaşır: altı aydır maaş almırlar”, – həmkarlar ittifaqının nümayəndəsi bildirib.

 

O, dəqiqləşdirib ki, göyərtədə 13 nəfər var: ekipaj üzvlərindən biri Türkiyə, digərləri isə Azərbaycan vətəndaşıdır. (Lent.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

“Qarabağ”ın lideri uğrunda Avropa klubları ilə ərəblərin mübarizəsi başladı.

admin

35 gün erməni əsirliyində qalan Mobilə yüksək vəzifə verildi – FOTO

redaktor

Tehran Xankəndi yolundakı aksiyada da ermənilərlə birləşdi

redaktor