10 C
Bakı
27 Mart 2026 15:45
Dünya

Rusiyaya “dost atəşi”: Şimali Koreya əsgərləri çeçenləri vurdu

Şimali Koreya əsgərlərinin Kursk vilayətində Rusiya adından döyüşən “Axmat” çeçen bölmələrinə atəş açması nəticəsində 8 çeçen əsgəri həlak olub.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi məlumat yayıb.

 

Bildirilib ki, Kursk bölgəsinə göndərilən Şimali Koreya əsgərləri Rusiya adına döyüşən çeçen bölmələrinə “dost atəşi” açıb.

 

Bəyanatda hadisənin Rusiya və Şimali Koreya qoşunları arasında dil anlaşılmazlığı nəticəsində baş verdiyi qeyd edilib. Bu problemin cəbhədə çətinliklər yaratmağa davam etdiyi vurğulanıb.

 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinə dəstək olan Çeçenistan lideri Ramazan Kadırova bağlı birləşmələr Ukraynaya qarşı rus ordusu ilə bərabər döyüşür. Şimali Koreyanın Rusiyaya dəstək üçün cəbhəyə təxminən 12 min əsgər göndərdiyi bildirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyan yararsız yolda qəzaya düşdü – VİDEO

redaktor

Xocavənddə 4 körpüyə birləşdirilən yüksək partlayış gücünə malik qurğular aşkarlanıb – FOTO

redaktor

Moskva Bakı üzərindən özünü “vurdu” – Ruslar buna qəzəblənəcək

redaktor