Dünya

Suriyadakı həmin həbsxanadan FOTOLAR

Suriyada dekabrın 8-də “Baas”ın süqutu ilə rejim həbsxanalarında saxlanılan minlərlə insan azadlığa buraxılıb.

 

Tacxeber.com “Qafqazinfo”-ya istinadən xəbər verir ki, paytaxt Dəməşqdəki Mezze Hərbi Həbsxanasındakı qeyri-insani şəraitdə olan bölmələr görüntülənib.

 

Görüntülərdə devrilmiş Əsəd rejiminin hərbi kəşfiyyat bölməsinin idarə etdiyi həbsxanada məhkumların divarlara şeirlər yazması, şəkil və təqvimlər çəkməkləri diqqət çəkib.

 

Qeyri-insani şəraitin olduğu görünən həbsxanada aralarında qadınların da olduğu təxminən 700 nəfərin saxlandığı bildirilir.

 

Həbsxanada bir nəfərlik kameralarda 6 və ya 8 məhbusun, təxminən 10 nəfərlik kameralarda isə 80 nəfərin saxlandığı məlum olub.














Tacxeber.com

Oxşar xəbərlər

Çox pis qonşu…

redaktor

Şovinizmin dili Rusiyada “pandoranın qutusu”nu açdı

redaktor

Rusiya Xəzər dənizi vasitəsilə İranı silahlandırmağa başlayıb

redaktor